"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Altı bələdiyyə təşəbbüsə qoşulanlar sırasındadır

--2022-04-17 / 16:04

Bu günlərdə Merlər Razılaşması Təşəbbüsünün 3-cü mərhələsi keçirilib. Bu mərhələdə Azərbaycan üçün artıq ölkə ekspertləri də seçilib və təşəbbüsə qoşulmuş 6 yeni bələdiyyə üçün “Razılaşmaya qoşulma”nı əks etdirən sənədin təqdimetmə mərasimi baş tutub. Gəncə Nizami Bələdiyyəsi, Yevlax, Qazax, Şamaxı, Xaçmaz ve Şəki bələdiyələri təşəbbüsə qoşulan bələdiyyələr sırasındadır.

“Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planının” (SECAP) hazırlanması məqsədilə bələdiyyə nümayəndələri üçün ilkin təlim seminarı keçirilib.

Qeyd edək ki, Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədi ilə irəli sürülüb.

Merlər Razılaşmasının əsas hədəfləri enerji səmərəliliyi tədbirlərini həyata keçirmək, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə uyğunlaşmada dözümlülüyü artırmaq, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.

2018-ci ilin 24 sentyabr tarixində Avropa Komissiyası Energetika Nazirliyini Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi kimi qeydiyyata alıb və “Merlər Razılaşmasının Milli Əlaqələndiricinin Bəyannaməsi” ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin icrasına icazə verib.

Energetika Nazirliyinin 08 noyabr 2018-ci il tarixli 86 nömrəli əmri ilə Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cu il üzrə İş Planı təsdiq edilib.

Belediyye.info

ŞƏRHLƏR