"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Alternativ gəlir mənbələri yaratmaq haqqında düşünməyin vaxtı şatıb

--2016-07-27 / 18:41

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları – bələdiyyələr ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verməkdədir.

 Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.

 23 dekabr 2014-cü ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilərək Astara bələdiyyəsi 13 üzvlə yenidən formalaşıb.

Hesabat dövrünə aid bələdiyyənin fəaliyyəti barədə hesabata başlamazdan əvvəl, biz gənclərə etimad göstərdiyinizə görə, Sizin timsalınızda bütün seçicilərə minnətdarlığımızı bildiririk.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Astara Bələdiyyəsi 2016-cı ilin ilk yarım ilində gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edir.

Hazırda Astara bələdiyyəsi 11 üzv və 1 bələdiyyə və 2 bələdiyyə qulluqçusu ilə öz işini davam etdirir.

2016-ci ilin 6 ayında Astara bələdiyyəsində 10 ümumi iclas keçirilmişdir, həmin iclaslarda 32 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

6 ay ərzində vətəndaşlardan  bələdiyyəyə  64 ədəd,idarə və təşkilatlardan 57 ədəd  ərizə və məktub daxil olmuşdur.Vətəndaşların şifahi müraciətlərinin sayı 220 nəfər olmuşdur. Müraciətlərdən    35 %-i maddi yardım almaqla,  52% -i fərdi mənzil tikintisi və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 7%  -i tikinti və təmir işləri ilə, 6 %-i müxtəlif məsələlərlə əlaqədar verilmişdir.

Maddi yardımla müraciət edənlərin əksəriyyətinin xahişi həll edilmişdir.

Hesabat dövründə 300-nəfərdən çox şikayətçi bələdiyyə sədri tərəfindən qəbul edilmiş, qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

İl ərzində bələdiyyəyə rəsmi orqanlardan 57 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır.

 

Hesabat dövründə daxil olan vəsaitin 13.4 %-i torpaq vergisindən, onun 48%-i həyətyanı torpaq vergisindən,50.1%-i kommersiya torpaq vergisindən ,1.8%-i pay torpaq vergisindən daxil olmuşdur. Ümumi gəlirin 3.8%-i torpaq icarə haqqından,62.7 %-i torpaq satışından,2.4%-i əmlak vergisindən ,15.9% dotasiyadan,1.9% sair daxilolmalardan daxil olan vəsaitlərdən təşkil olunmuşdur.

Ümumilikdə bələdiyyəmiz  yarım illik proqnozun 33,1 %-ni icra etmişdir.

Daxil olan vəsaitin 43%-i idarənin saxlanmasına,23%-i əmək haqqlarının ödənişinə,24.7%-i Sosial-təminat xərclərinə,8,5%-i mənzil-kommunal təsərrüfatı xərclərinə xərclənmişdir.

GÖRÜLMÜŞ İŞLƏR

 Hesabat dövründə  Astara bələdiyyəsi ilə vətəndaşlar  arasında birgə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Məhəllə komitələrinin müraciətləri əsasında Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin dəstəyi ilə  məhəllələrdə görülmüş işlərdən - Ə.Muxtar küçəsinin bir hissəsinin və Giləkəran qəbristanlığına gedən yolların abadlaşması və əkinçilərin əkinlərini daha səmərəli apara bilmələri üçün  bələdiyyə ərazisində sahəarası yolların təmiri üçün dəfələrlə qum-çınqıl tökülmüş və hamarlanmışdır.

Astara bələdiyyəsi şəhərin təmizliyini  həyata keçirməsi üçün MKT birliyi ilə müqavilə bağlamış və bu il müqavilələrin sayını artırmağı planlaşdırmışdır. Eyni zamanda Qum qəbristanlığının təmizliyinə nəzarət edilməsindən ötəri 1 nəfər Astara şəhər sakini işlə təmin olunmuşdur.

Bələdiyyənin önəm verdiyi sahələrdən biri də imkansız və kimsəsiz ailələrə maddi yardımların verilməsidir. Yeni il münasibətilə 60 nəfərə yeni il bağlaması paylanmış, Hesabat dövründə Astara bələdiyyəsi 12 nəfər maddi imkansız şəxsə maddi yardım vermişdir.

Bələdiyyəmizin diqqət yetirdiyi əsas  prioritet məsələlərdən biri hərbi vətənpərvərlik sahəsinə dəstəkdir. Astara bələdiyyəsi üzvlərlə birgə May aylarında aprel döyüşlərində şücaət göstərmiş astaralı igidlərlə Elvin Qasımlı,Teymur İsbətullazadə,Kamus Məmmədov la  May ayının 18 –də Astara şəhər 1 saylı tam orta məktəbdə 7 şəhər məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı və 25may tarixində Astara pedaqoji Kollecinin kollektivinin möhtəşəm iştirakı ilə   görüşünü təşkil etmişdir. Astara şəhər sakini ayağından amputasiya olunmuş igid hərbiçimiz Əliyev Orxanla yaxından maraqlanmış və arzu və istəkləri bələdiyyəmizdə qeydə alınmışdır.

 Bələdiyyəmizin diqqət yetirdiyi digər prioritet məsələlərdən biri idman sahəsinə dəstəkdir.

Bələdiyyənin nəzdində fəaliyyət göstərən “Bələdiyyə evi”ndə idmanın inkişafına dəstək və gənclərin zərərli vərdişlərdən uzaq saxlamaq məqsədilə “Qaydasız döyüş”idman növü üzrə məşqlər keçirilir. Bələdiyyəni təmsil edən komanda bir sıra beynəlxalq yarışlarda mükafat qazanmışlar. Apardığımız təbliğat nəticəsində 50-dən çox məktəbli orada təlim keçməkdədir. Astara bələdiyyəsi Astara Rayon Gənclər və İdman İdarəsi ilə six əməkdaşlıq edərək bir sıra idman oyunlarının keçirilməsində yaxından iştirak etmişdir. Belə ki,yay fəslində çimərlik futbolunun inkişafı üçün keçirilən rayon turniri buna misal ola bilər. Gürcüstanın Batumi şəhərində keçirilmiş veteran  futbolçulara həsr edilmiş futbol üzrə  kuboku yarışlarına futbolçuların göndərilməsində də Astara bələdiyyəsi çox yaxından iştirak etmişdir.

Hesabat dövründə bələdiyyəmiz bir sıra mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsinə evsahibliyi etmişdir. Belə ki,Ümummilli Lider,Ulu öndər Heydər Əliyevin Doğum günü münasibətilə Bələdiyyə evində Qaydasız döyüş idman növü üzrə turnir keçirilmiş,turnirdə 30-a yaxın idmançı iştirak etmiş və qaliblər mükafatlandırılmışdır.Bundan əlavə Ümummilli liderin 93 illiyi münasibətilə  Astara şəhər İcra nümayəndəliyinin və Astara Gənclər və İdman İdarəsinin təşəbbüsü və yaxından köməkliyi nəticəsində Astara İdman və Olimpiya kompleksində 1000 nəfər gəncin iştirakı ilə Futbol turniri keçirilmişdir. Qaliblər Astara bələdiyyəsi tərəfindən mükafatlandırılmışlar. Bütün keçirilən tədbirlər “Astara” qəzetində və Astara bələdiyyəsinin facebook səhifəsində işıqlandırılmışdır.

9 Mayda şəhərimizdə yaşayan İkinci dünya müharibəsi iştirakçıları evlərində yad edilmişlər.

YEKUN

 Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az maliyyə vəsaiti lakin daha böyük məbləğdə borcların fonunda Astara Bələdiyyəsi müəyyən işlər görmüşdür, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olunmuşdur. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulmuşdur.Beynəlxalq səviyyədə bələdiyyəmizin tanıtımı üçün ilkin işlər görülmüşdür.Belə ki,Astara bələdiyyəsi Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi və Almaniya –Azərbaycan əməkdaşlığı təşkilatının Cənubi Qafqazda Yerli özünüidarəetmə sistemində Qadın İştirakçılığı Proqramına qoşulmuş,nəinki Azərbaycanın müxtəlif nöqtələrində,hətta Respublikadan kənarda təlimlərdə iştirak etmişdir.Belə ki,ötən ilin sentyabr ayında Tbilisidə keçirilən Cənubi Qafqaz ölkələrinin iştirak etdiyi seminarda Astara bələdiyyəsi beynəlxalq sertifikata layiq görülmüşdür.Hesabat dövründə 21-23 iyun tarixlərində isə Avropa şurasının Şərq əməkdaşlığı təşkilatının dəstəyi ilə Ukraynanın Kiyev şəhərində keçmiş post sovet ölkələrinin nümayəndə heyətlərinin iştirakı ilə “İdarəetmədə şəffaflıq və hesabatlılıq”mövzusunda təşkil olunmuş konfransda iştirak etmişdir.Aprel ayında keçirilmış Azərbaycan Şəhər bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağında Astara bələdiyyəsi nəzarət-təftiş komissiyasına üzv seçilmişdir. Eyni zamanda Milli məclisin regional məsələlər üzrə komitəsinin işçi qrupuna seçilməklə respublika daxilində sayılan və seçilə bilən bələdiyyələrdən olduğunu göstərmişdır.

Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Astara Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook)internet səhifəsindən  dolğun məlumat ala bilər.

Xüsüsi olaraq vurğulamaq istərdik ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Astarada da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bu proses son illər rayon icra Hakimiyyətinin Başçısı  Qəzənfər Ağayevin  rəhbərliyi ilə rayonumuzda daha da sürətlə aparılır, şəhərin siması gündən-günə gözəlləşir. Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Astara Bələdiyyəsi rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmaqdadır.

Gördüyümüz və görəcəyimiz bütün işlərdə rayon İcra Hakimiyyəti Başçısı Qəzənfər Ağayevin daimi diqqət və qayğısını, köməkliyini üzərimizdə hiss edirik. Məhz bu işlərə görədir ki, son vaxtlar yuxarı instansiyalarda (Ədliyyə Nazirliyi, Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası və başqa intansiyalarda) Astara Bələdiyyəsinin adı öncüllər sırasında çəkilir.           Sözsüz ki, bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə büdcəsini formalaşdıran ən iri mənbələr olan əmlak və torpaq vergilərinin istənilən səviyyədə toplanmamasıdır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsumlar demək olar ki, yox səviyyəsindədir. Hesabat ilində reklamlardan gələn gəlir nəzərdə tutulduğundan çox olsada, K/T təyinatlı torpaqların icarəsindən daxil olan ödənişlər nəzərdə tutulduğundan az olmuşdur.Vergi işinin yüksək səviyyəyə qaldırmaq məqsədilə Astara bələdiyyəsi Vergi agentlərinin işə qəbulu barəsində müsabiqə elan etmişdir. Müsabiqədə iştirak etmək istəyən bütün vətəndaşları bələdiyyəmizə dəvət edirik. Bu barədə “Astara” qəzetində və “Facebook”  səhifəmizdə məlumat verilmişdir.

Bələdiyyə mülkiyyətində olan torpaqların az olması və vergi ödəyicilərinin passivliyi növbəti il üçün alternativ gəlir mənbələri yaratmalı olduğumuzun vacibliyini göstərir.

Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində xüsusən kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq.

Möhtərəm prezidentimiz İlham Əliyevin “2014-2018-ci illərdə Regionlarin Sosial İqtisadi İnkişafının Dövlət Proqramının” qəbul edilməsinin ikinci ili münasibətilə keçirilən konfransında və Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqində qeyd etdiyi dəyərli fikirlərə əsasən bizlər üçün qeyd etdiyi fəaliyyət planına uyğun olaraq bələdiyyəmizin ərazisində olan və məqsədsiz istifadə olunan torpaqları bələdiyyə olaraq çəltik,qarğıdalı və kartof sahələrinə çevirməklə yeni iş yerləri yaratmaq və bu məhsulların  bolluğunu yaratmaqla xaricdən idxalın qarşısını almağı planlaşdırırıq.

Astara Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 

 

Aygül Məmmədova

 Astara bələdiyyəsinin  sədri  

 

ŞƏRHLƏR