"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) bələdiyyələr üçün regional seminarlar təşkil edir

--2019-07-20 / 13:51

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin dəstəyi və Regional Ədliyyə İdarələrinin təşkilatşılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) regional seminarlara start vermişdir. 9 iyul tarixində Xaçmaz, 17 və 18 iyul tarixlərində Şəki və Göyçay Regional Ədliyyə İdarələrinin əhatə etdiyi bələdiyələrin təmsilçiləri üçün „Yerli özünü idarəetmə sahəsində yeni metodik vəsaitlərin təqdimatı“ mövzusunda seminarlar keçirilmişdir. Seminarlarda GİZ-in Bələdiyyələrlə iş mərkəzi ilə birgə tərtib etdiyi “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu”, “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair normativ hüquqi aktlar toplusu”, “Metodik sənədlər toplusu”, “Yerli büdcənin tərtibi” metodik vəsaitləri, o cümlədən  Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris mərkəzi ilə birgə hazırlanmış „Bələdiyyələrdə mühasibat uçotunun təşkili“ kitabı tədbir iştirakçılarına təqdim edilərək paylanılmışdır.

 İyul ayının sonuna qədər Lənkəran və Şirvan regional ədliyyə idarələrində də belə seminarların keçirilməsi nəzərdə tutulur.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)

ŞƏRHLƏR