"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub

--2022-05-07 / 13:20

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, YAP gənclər təşkilatının könüllüləri və Nizami bələdiyyəsinin könüllülərdən ibarət gəncləri də iştirak ediblər.

Aksiyadan yeni ağaclar əkilib, əkilən ağaclar suvarılıb və  aqrotexniki qaydada qulluq göstərilib.

ŞƏRHLƏR