"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağsu bələdiyyəsi parkda cari təmir işləri həyata keçirib

--2016-08-01 / 23:46

Ağsu bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, cari ildə “Bələdiyyə parkı”nda cari təmir işləri həyata keçirilib.  Bələdiyyənin daxili imkanları hesabına yerinə yetirilən işlər artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, bələdiyyə iclasının qərarıyla hələ aprel ayında ərazidə cari təmir işlərinin aparılması qərara alınmışdı.

Xatırladaq ki, Mədəniyyət və İstirahət parkı 1972-ci ildə istifadəyə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.07.2002- ci il tarixli 106 saylı qərarına əsasən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkı Ağsu bələdiyyəsinin balansına verilib.

Parkın ərazisi 14.117 kvadrat metrdir. Hazırda parkda uşaqların, o cümlədən bütün zümrədən olan şəhər sakinlərinin mədəni istirahəti üçün hər cür şərait yaradılıb.

Belediyye.info

ŞƏRHLƏR