"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağsu bələdiyyələrinin büdcə gəlirləri 10 faiz azalıb

--2019-09-04 / 20:58

Ağsu  rayonunda formalaşan 31 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 177.100 manat olub. Bu da 2017-ci illə müqayisədə 10 faiz azalma deməkdir.

Əldə edilən vəsaitin isə 49 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Ağsu  bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 51100 manat olub ki, bu da ötən ilki rəqəmin cəmi 89.6 faizi deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Ağsu rayonunda formalaşan 31 bələdiyyə 3.400 manatlıq əmlak vergisi, 22.100 manatlıq torpaq vergisi, 2300 manatlıq mədən vergisi toplaya biliblər.

İl ərzində reklam vergisindən, dayanacaq və mehmanxana rüsumundan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 62.600 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ağsu  bələdiyyələri əldə etdikləri qazancın 77.8 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR