“Ağcabədi şəhər bələdiyyəsinin 2020-ci ilin yanvar ayınadək əvvəlki illərdən yığılıb qalmış 123.364 manat borcu olub” – bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qeyd edilir ki, bu borcun 27.119 manatı DSMF-yə, 67.000 manatı əmək haqqına, 13.762 manatı inzibati binanın icarə haqqına, 15.483 manatı elektrik enerjisindən istifadəyə görə olub.
Son üç il ərzində inzibati binada istiliyin təmin edilməsi üçün binaya qaz xəttinin çəkilməsi təmin edilmiş, bələdiyyə qulluqçuların fəaliyyəti üçün müasir informasiya texnologiyaları alınmışdır. Son üç ildə bələdiyyə kollektivinin birgə fəaliyyəti sayəsində borcun həcmi 12.466 manatadək azaldılmışdır ki, onunda 2.328 manatı DSMF-yə, 9.112 Kirayə haqqına görə, 1.016 manatı isə elektrik enerjisnin istifadəsinə görə təşkil edir. Hazırda işçilərin illər boyu əməkhaqqı borcu azaldılaraq yeddi ayadək azaldımış və borcun silinməsi üçün ciddi addımlar atılmaqdadır.
Belediyye.info