"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Adsız parkın baxımsız vəziyyəti

--2019-07-23 / 19:40

Ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə Bakının bir çox yerlərində yaşıllıq zolağı salınmışdır. Bu gün paytaxt əhalisi məhz həmin yaşıllıq zolaqlarının hesabına dərindən nəfəs alır, desək yanılmarıq. Bu ərazilərdən biri də Rəşid Behbudov küçəsi böyunca A.A.Bakıxanov küçəsinədək uzanan yaşıllıqdır.

2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə parkda ciddi və əsaslı təmir- bərpa işləri həyata keçirildi. Hətta parkın girişində bununla bağlı mərmər lövhədə qoyuldu. Yaşıllıq zolağı təxminən bir il ərzində həm də gözəl istirahət zonasına-parka çevrildi. Vaxtıylə əraziyə əklimiş “Eldar şamı” ağacları sözün həqiqi mənasında parka ayrı bir gözəllik verirdi.

Lakin bu günlərdə yolum parka düşəndə çox narahat oldum. Parkın əvvəlki görkəmindən sanki əsər-əlamət belə qalmamışdı. Ərazinin bir hissəsi müəyyən mənada sulanır, lakin digər bir tərəfi, daha doğrusu gözdən könüldən uzaq hissəsi, yəni yuxarı hissəsi sanki yaddan çıxır. Parkda təmizlik işlərinin gündəlik deyil, hərdən aparıldığını görmək olar. Fəvvarə işlək vəziyyətdə deyildir. Fəvvarənin quraşdırılmış hissələri, baxımsızlıq ucbatından tamam sökülmüş və ya qırılmış vəziyyətdədir. Ərazinin işqlandırılması da yox səviyyəsindədir. Oturacaqların bir hissəsidə sıradan çıxıb. Yəni axşamın qaranlığında bu ərazidən keçmək müşkül məsələdir.

Nəzərə alsaq ki, yaşıllıq zolağı böyük bir ərazini əhatə edir, şəhərin mərkəzində yerləşir, göz qabağındadır, demək müvafiq orqanlarda bu parkı diqqət mərkəzində saxlamalı idi.

Bu gün baxımsız vəziyyətdə olan park həmdə adsızdır. Parkın giriş hissəsi Xan Şuşinski küçəsində başladığından parka elə Xan Şuşinskinin da adını verilməsi yerinə düşərdi.

Sözüm Nəsimi RİH Başçısı cənab Asif Əsgərovadır.

Ulu Öndər tərəfindən salınan, Prezident İlham Əliyevin təşəbübüsü ilə əsaslı təmir edilən parkın bu günkü vəziyyətiylə tanış olmağınızı, həmdə parkda yaranmış narahat vəziyyətin aradan qaldırılması, parka isə Xan Şuşinskinin adının verilməsiylə bağlı qaldırılan məsələyə münasibət bildirməyinizi istərdim.

Sözsüz ki, bir ziyalı olaraq qaldırdığım bu məsələnin həlli tək parkın ətrafında yaşayan sakinlərin deyil, bütün paytaxt sakinlərin ürəyincə olardı.

Vüqar Tofiqli    

ŞƏRHLƏR