"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abşeronlular Oqtay Əsədova səs verəcəklər

--2020-02-06 / 18:56

9 fevralda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədi Oqtay Əsədovun seçiciləri ilə görüşlər davam edir.
 
Namizədin Seçki Qərargahından verilən məlumata görə, növbəti görüş Abşeron rayonu, Masazır kəndində keçirilib.
 
"Deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri ölkə prezidenti cənab İlham Əliyevin Abşeron rayonuna olan diqqət və qayğısından, rayonun mövcud problemlərindən danışıb, o cümlədən, seçicilərin problemləri ilə maraqlanıblar. Görüşdə çıxış edən seçicilər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Masazır kəndinə içməli su xəttinin çəkilməsi, kəndin yol infrastrukturunun yenilənməsi, müharibə əlillərinə və şəhid ailələrininə göstərilən qayğıdan söz açdılar. Onlar 9 fevralda fəal olacaqlarını və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər", - deyə Seçki Qərargahından bildirilib.

http://news12.az/

ŞƏRHLƏR