"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abşeron rayon Masazır bələdiyyəsinin yeni sədrini tanıyaq

--2020-02-06 / 06:29

Fətullayev Rüfət Səyavuş oğlu 06.02.1969 – cu ildə Lənkaran rayonu Liman şəhərində anadan olub.

1986- cı ildə Liman şəhərində 1 saylı orta məktəbi, 1996 – cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə - kredit fakultəsini bitirib.

2016-cı ildə Rusiya Prezidenti Yanında “Dövlət İdarəçiliyi” Akademiyasının (РАНХиГС) “dövlət və bələdiyyə idarəetməsi” fakultəsinin magistraturasını bitirmiş və hazırda Rusiya Prezidenti Yanında “Dövlət İdarəçiliyi” Akademiyasınin ( РАНХиГС) “dövlət və bələdiyyə idarəetməsi” fakultəsinin Aspirantıdır.

2001–ci ildən Binəqədi rayon Binəqədi bələdiyyəsində Maliyyə və vergi şöbəsində müfəttiş daha sonra həmin şöbənin müdiri vəzifəsində çalışıb.

2009- cu ildə Yeni Azərbaycan Partiyasının üzvü kimi namizədiyi irəli sürülmüş və bələdiyyə seçkilərində qalib gələrək Binəqədi rayon bələdiyyəsində bələdiyyə üzvü daha sonra Büdcə komissiyasının sədri kimi fəaliyyət göstərib.

Uzun illər MSK –nin 8 saylı dairə seçki komissiyasının baş məsləhətçisi və daha sonra “Lider Monolit” tikinti şirkətində direktor, 2015-2019- cu illərdə Azərbaycan Sənaye Korporasiyasında baş iqtisadçı vəzifəsində çalışıb.

Müharibə veteranıdır. Dəfələrlə Qarabağ uğurunda gedən döyüşlərdə iştirakına və göstərdiyi şücaət və fədakarlığa görə dövlət tərəfindən mükafatlandırılıb.

Ailəlidir.

4 övladı var.

ŞƏRHLƏR