"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abışova Samirə: "Seçilsəm qəsəbə sakinlərinin sosial rifah halının yaxşılaşdırmasında səylə çalışacağam” (R)

--2019-12-04 / 07:24

Abışova Samirə Əli qızı. 2 yanvar 1979- cu ildə Sabirabad rayon Rüstəmli kəndində anadan olmuşam. 1996-2000- ci illər Təfəkkür Universitetinin hüquq fakultəsini bitirmişəm.

Əmək fəaliyyətinə 2003- cü ildə Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyində əvvəl kiçik elmi işçi sonra fond müdiri, 2008 - 2015 - ci illər Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində çalışmışam.

İlk dəfə Yeni Azərbaycan partiyası tərəfindən 2009 -2014 cü illərdə Şirvan şəhər bələdiyyəsi tərəfindən namizədliyim irəli sürülmüş və şəhər bələdiyyəsinin üzv seçilmişəm.

İkinci dəfə 2014 – 2019-cu illərdə keçirilən seçkilərdə Şirvan şəhər Hacıqəhramanlı Bələdiyyəsinə namizədliyim qeydə alınmış ilk öncə bələdiyyə üzvü sonra bələdiyyə sədri seçilmişəm.

Hazırda bu bələdiyyə sədri vəzifəsini icra edirəm. 2019- cu ildə keçirilən Bələdiyyə seçkilərində yenidən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülmüşdür.

Əgər yenidən bələdiyyə üzvi seçilərəmsə seçildiyim təqdirdə qəsəbənin sosial - iqtisadi inkişafında fəal iştirak edəcəm. Qəsəbə sakinlərinin sosial rifah halının yaxşılaşdırmasında səylə çalışacağam.

ŞƏRHLƏR