"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

33 rayonda bələdiyyələrin büdcə gəlirləri azalıb

--2019-04-10 / 19:37

2017-ci ildə ölkənin səkkiz iqtisadi region üzrə formalaşan bələdiyyələrin fəaliyyət göstərdiyi 54 rayondan yalnız yalnız 7 rayonda (Ağdam, Ağcabədi, Daşkəsən, Göyçay, Saatlı, Sabirabad və Qobustan ) bələdiyyələr əvvəlki ildə əldə etdikləri nailiyyəti təkrar edə bilmişdilər.

Ümumilkdə, 2017-ci ildə ölkə bələdiyyələrinin büdcə gəlirləri 14 faiz artımışdı.

Ancaq bu fikirləri 2018-ci il üçün demək mümkün deyil. Belə ki, Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2018-ci ildə ölkənin səkkiz iqtisadi region üzrə formalaşan bələdiyyələrin fəaliyyət göstərdiyi 54 rayondan 33-dəki bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə xeyli dərəcədə azalıb.

Ən çox azalma isə Ucar, Hacıqabul, Lənkəran Abşeron və Masallı rayonlarında olub.

Qeyd edək ki, 2017-ci ildəki 36.079.400 manatlıq büdcə gəlirinə qarşı bələdiyyələr 2018-ci ldə 35.973.700 büdcə gəlir əldə edib. Azalmanın ümumi həcmi isə 105.700 manat və ya ümumi rəqəmin 0.3 faiz təşkil edib.

Belediyye.info

ŞƏRHLƏR