"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

29 rayon bələdiyyəsi mədən vergisini toplaya bilməyib

--2019-07-21 / 13:29

Ölkə bələdiyyələri ötən il 466 min manatlıq mədən vergisi toplaya biliblər. Bu da ümumi büdcə gəlirinin 1.3 faizi deməkdir. Qeyd edək ki, bu rəqəm 2017-ci llə müqayisədə 18,3 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Quba bələdiyyələri 205.800 manatlıq, İmişli bələdiyyələri 42.100 manatlıq, Göygöl bələdiyyələri 32.100 manatlıq, Salyan bələdiyyələri 29.000 manatlıq, Balakən bələdiyyələri 21.200 manatlıq, Abşeron bələdiyyələri 15.900 manatlıq, Xaçmaz bələdiyyələri 14.100 manatlıq, Qəbələ bələdiyyələri 11.000 manatlıq, Xızı bələdiyyələri 8.700 manatlıq, Gəncə bələdiyyələri 8.000 manatlıq, Siyəzən bələdiyyələri 7500 manatlıq, Lənkəran bələdiyyələri 6.500 manatlıq, Qax bələdiyyələri 6.100 manatlıq, Agdaş bələdiyyələri 5.600 manatlıq, Göyçay bələdiyyələri 5.400 manatlıq, Şamaxı bələdiyyələri 5.200 manatlıq, Tərtər bələdiyyələri 4300 manatlıq, Naxçıvan bələdiyyələri 3.600 manatlıq, Qazax bələdiyyələri 3.500 mantlıq, Ağsu bələdiyyələri 2300 manatlıq, Bakı bələdiyyələri 2.200 manatlıq, Bərdə bələdiyyələri 2200 manatlıq, Qusar bələdiyyələri 2.000 manatlıq, Sumqayıt bələdiyyələri 1100 manatlıq, İsmayıllı bələdiyyələri 800 manatlıq və Zakatala bələdiyyələri 500 manatlıq mədən vergisi toplaya biliblər.

Ağstafa,Daşkəsən,Gədəbəy,Goranboy,Samux,Şəmkir,Tovuz,Oğuz,Şəki,Astara,Cəlilabad,Lerik,Masallı,Yardımlı,Şabran, Ağcabədi, Beyləqan, Biləsuvar, Hacıqabul, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Ucar,Yevlax, Zərdab, Ağdam, Füzuli, Qobustan rayonlarında formalaşan bələdiyyələr mədən vergisni yığa bilməyiblər.

Belediyye.info

ŞƏRHLƏR