"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

29 rayon bələdiyyəsi mədən vegisini toplaya bilməyib - SƏBƏB

--2019-10-04 / 18:28

Ölkə üzrə yerli əhəmiyyətli mədən vergisinin həcmi 2018-ci ildə 466 min manat olub. Bu rəqəmin ümumi büdcə gəlirində tutduğu həcmi isə 1.3 faiz olub.

Quba bələdiyyələri ölkə üzrə əldə edilən 466. 000manatlıq mədən vergisinin 44 faizini yəni 205.800 manatını toplaya bilıiblər. Bu rəqəm isə ötən ildəki rəqəmdən 352 faiz çoxdur.

Quba bələdiyyələri 205.800 manat, İmişli bələdiyyələri 42.100 manat, Göygöl bələdiyyələri 32.100 manat, Salyan bələdiyyələri 29.000 manat, Balakən bələdiyyələri 21.200 manat, Abşeron rayon bələdiyyələri 15.900 manat, Xaçmaz bələdiyyələri 14.100 manat, Qəbələ bələdiyyələri 11.000 manat, Xızı bələdiyyələri 8.700 manat, Gəncə şəhər bələdiyyələri 8.000 manat, Siyəzən bələdiyyələri 7.500 manat, Lənkəran bələdiyyələri 6.500 manat, Qax bələdiyyələri 6.100 manat, Ağdaş bələdiyyələri 5.600 manat, Göyçay bələdiyyələri 5.400 manat, Şamaxı bələdiyyələri 5.200 manat, Tərtər bələdiyyələri 4.300 manat, Naxçıvan bələdiyyələri 3.600 manat, Qazax bələdiyyələri 3.500 manat, Ağsu bələdiyyələri 2.300 manat, Bərdə bələdiyyələri 2.200 manat, Bakı şəhər bələdiyyələri 2.200 manat, Qusar bələdiyyələri 2.000 manat, Sumqayıt bələdiyyələri 1100 manat, İsmayıllı bələdiyyələri 800 manat, Zaqatala bələdiyyələri 500 manat mədən vergisi toplaya biliblər.  

Beləliklə, ölkə üzrə yığılan mədən vergisinin 44 faizi Quba bələdiyyələrinin üzərinə düşüb.

Ümumilikdə respublika üzrə göstəricidə irəliləyuiş olsa da sıyahıda geriləyən bələdiyyələrdə az deyil. Naxçıvan, Bakı, Xızı, Göygöl, Qazax, Qax, Bərdə, Göyçay, Salyan, Tərtər azalma müşahidə edilib. Ən çox azalma isə Göygol və Salyan rayonlarında olub.

Artım müşahidə edilən bələdiyyələr arasında ən çox - Qusar 20 dəfə, Siyəzən 10.7 dəfə, Qəbələ 916 faiz, Xaçmaz 361 faiz, Quba 352 faiz, Ağdaş 193 faiz, Abşeron 182 faiz, Şamaxı 173 faiz, İsmayıllı 160 faiz, Balakən 131 faiz, Lənkəran 127 faiz, İmişli 106.9 faiz mədən vergisinin həcmini artıra biliblər.

Təssüfedici fakt ondadır ki, bir sıra rayonlara bu vergi növünü yığılmayıb. Bu sıraya Ağstafa, Daşkəsən,Gədəbəy,Goranboy,Samux,Şəmkir,Tovuz,Oğuz,Şəki, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Şabran, Ağcabədi, Beyləqan, Biləsuvar, Hacıqabul, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Ucar,Yevlax, Zərdab, Ağdam Füzuli, Qobustan daxildir.

Təhlillər göstərir ki, ilk olaraq bəzi mədən sahibləri hansısa səbəbdən bələdiyyələri yaxın buraxmır, qəbul etmək istəmir, nəticədə bələdiyyələr kifayət qədər vergidən mərhum olur. Bunun üçün qanunvericlikdə cərimə sanksiyasının tətbiqi mexanizmini gücləndirmək təklif olunur.

Qeyd edək ki, mədən vergisi belə hesablanır:

  1.   Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

5.1. Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan yerli əhəmiyyətli tikinti materialları mədən vergisinin vergitutma obyektidir. 

Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı aiddir.

5.2. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin dərəcəsi hər kubmetr üçün 1(bir) manat təşkil edir.

5.3. Hesabat ayı üçün yerli əhəmiyyətli tikinti materialları üzrə hesablanmış mədən vergısinin məbləği, həmin materialların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

5.4. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin ödəyiciləri hər hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formaya (bu Metodiki Vəsaitə əlavə 7) uyğun olaraq tərtib edilmiş mədən vergisinin bəyannaməsini müvafiq ərazinin bələdiyyəsinə verirlər (bəyannamənin doldurulma qaydası Vergilər Nazirliyinin www.taxes.gov.az  internet səhifəsində yerləşdirilmişdir).

 Mənbə: http://old.taxes.gov.az/modul.php?name=pages&page=147

Belediyye.info

 

ŞƏRHLƏR