"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2021-ci ildə Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

--2022-05-04 / 08:33

2021-ci il ərzində Şuşa rayonunun əhalisinin sayı 116 nəfər və yaxud 0.3 faiz artaraq 01.01.2022-ci il tarixinə 35039 nəfərə çatmışdır. Hazırda rayonda əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil edir. Əhalinin 72.46 faizi şəhərdə, 27.54 faizi isə kənd yerlərində yaşayır.

Rayon əhalisinin 48.33 faizini, yəni 16935 nəfərini kişilər, 51.67 faizini, yəni 18104 nəfərini qadınlar təşkil edir və hər 1000 kişiyə 1071 nəfər qadın düşür.

Əhalinin 7.9 min nəfəri 0-14 yaşda, 22.9 min nəfəri 15-64 yaşda, 4.2 min nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Rayon əhalisinin 8.1 min nəfərini 14-29 yaşda olan gənclər təşkil edir.

2021-ci il ərzində rayonda 364 nəfər, gündə təxminən 1 körpə doğulmuşdur ki, onların da 52.75 faizini oğlanlar, 47.25 faizini isə qızlar təşkil edir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 1.9 azalaraq 2021-ci ildə 10.8 olmuşdur.

2021-ci il ərzində rayonda 248 ölüm, onlardan 124 nəfəri kişi, 124 nəfəri qadın, 167 nikah və 74 boşanma halları qeydə alınmışdır. 2020-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 7.2-dən artaraq 7.3 olmuşdur, nikahların sayı 3.7-dən 4.9-a qədər artmış, boşanmaların sayı 1.8-dən 2.2-ə qədər artmışdır.

2021-ci il ərzində Şuşa rayonunda miqrasiya artımı olmamışdır.

 

 

 

                                                 Şuşa Rayon Statistika

İdarəsinin rəisi Anar Xəlilov

ŞƏRHLƏR