"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2020-ci il uğurla başa çatdı

--2021-03-15 / 11:37

Ümummilli lider Heydər Əliyevn siyasi kursunun davamçısı cənab İlham Əliyev prezident və Ali Baş Komandankimi 2020-ci ili Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. O, Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, milli maraqlara söykənən müstəqil siyasət yürütməsini təmin edərək onu Cənubi Qafqazın ən güclü dövlətinə, dünyada söz sahibinə çevirdi.

Zəfərlə yola saldıqımız 2020-ci il hər bir Azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Onlardan biridə Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradovdur. Ömrünün uzun illərini şəhərin quruculuq işlərinə həsr edib. Şirvanın ictimai həyatında da, fəal iştirak edən ziyallılardandır. Yeni ildə O, düşüncələrini bizimlə bölüşdü.

Hər ilin əvvəlində olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi, amma həm məzmun, həmdə formaca əvvəlkindən fərqli. Dünyada hökm sürən koronavirus pandemiyası ilə əlaqədar builki müşavirə videoformat şəklində aparıldı. Lakin fərq təkcə bu deyildi. Müşavirənin məzmununun da özəlliyi vardı və bu ondan ibarət idi ki, əslində ölkəmizin, xalqımızın həyatının tək bir ilinə deyil, son üç onilliyinə yekun vuruldu. Dövlət başçısı bunu müşavirənin başlanğıcında belə vurğuladı. “ Keçən ilin və nəinki keçən ilin, son 30 ilin yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.”

Azərbaycan 2020-ci ilin sınaqlarından Zəfərlə şıxdı. Mənfur düşmənin ayaqları altında illərdir inləyən torpaqlarımızda, dağıdılıb talan edilən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı yüksəldi. Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyümüzün bərpası oldu. Sentyabrın 27-də başlanan 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin Kapitulyasiyası ilə başa çatdı.

Bütün bunlar bizim qəlbimizi qürur hissi ilə doldurur. Odur ki, hər kəsi öz növbəsindən, çalışdığı sahədə daha inamla işləməyə, şəhəriminin sosial-iqtisadi inkişafına tövhə verməyə səsləyir. Onu da qeyd edim ki, 2020-ci ildə Şirvanda İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərliyi ilə pandemiyaya qarşı ardıcıl olaraq çox ciddi kütləvi tədbirlər, dezinfeksiya işləri aparılıb və eyni zamanda genişmiqyaslı quruculuq və abadlıq işləri davam etdirilib. Eyni zamanda şəhid ailələri Vətən Müharibəsi qazilərinin problemləri də öz həllini tapır. Şirvan Bələdiyyəsi də bu tədbirlərdən kənarda qalmayıb İcra Hakimiyyəti ilə əlbir işləyərək pandemiyaya qarşı mübarizədə öz köməyini əsirgəməyib. Belə ki, ötən müddət ərzində az təminatlı, imkansız ailələrə bələdiyyə öz imkanı daxilindı maddi köməkliklər göstərib. Bütün bununla yanaşı Şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib. Şəhərin L.İbrahimob küçəsi 14 saylı binanın qarşısındakı M.Ə.Rəzulzadə 17, 17/1, 17/2 saylı binaların qarşısıdakı, T.İsmayılov küçəsi 2,5,11A, və 15 saylı binaların qarşısındakı məhələlərdə təmir və abadlıq işləri aparılmışdır. Şəhərin Energetik küçəsindəki 5 nömrəli binanın qarşısında şəhid Nihat Rəhimlinin xatirə lövhəsi vurulmuş, Hacıqəhrəmanlı qəsəbəsində Aprel Döyüşlərində şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun xatirə lövhəsi, şəhərin el qəbristanlıqında şəhid Əliyev Cəmaləddin Mətləb oğlunun baş daşı, şəhidlər xiyabanında Mirzəyev Mahir Talıb oğlunun baş daşı üzərindəki şəkili yenisi ilə əvəz olunmuşdur. Şəhərin 1 May küçəsində Şəhid Kərimov Vüqar Yadigar oğlunun və şəhid Quliyev İmran Nəriman oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə kompleksinin tikintisi başa çatdırılmışdır. Şəhərin 20 Yanvar küçəsi 9 saylı binanın qarşısındakı xeyir-şər yerinə 12 ədəd stul alınaraq verilmişdir. Bununla yanaşı M.Mirzəyev küçəsində yaşayan Məmmədova Cəmilə Fərhad qızına yanmış evinin bərpası məqsədi ilə tikinti materialları ilə köməklik göstərilmişdir. şəhərr sakini Rzayeva Gülsunda Rza qızına və şəhid bacısı Rəsulova Bəhruzə Rəsul qızına da tikinti materialları ilə köməklik göstərilmişdir. Çernobul əlili Ramiz Məhəmmədovun xəsdə övladının müalicəsinədə maddi köməklik edilib.

           Hər il olduğu kimi, ötən ildə də, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən qanunsuz istifadə olunmasına qarşı da, mübarizə aparılmışdır. Belə , ki keçmiş Əmlak Komitəsi yanında Dövlət Reyster Xidmətinin Ərazi İdarəsinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdən Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki qanunsuz istifadə edən 24 şəhər sakini müəyyənləşdirilmiş onlarla qanunvericiliyin tələbləribnə müvafiq maarifləndirmə işləri aparılmış, 24 şəhər sakininə isə sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir. Görülmüş tədbirlərin və aparlmış qanuna-müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışlar.

 Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələri barədə aylıq, rüblük və illik hesabatlar , o cümlədən Bələdiyyənin ehtiyyat fondu, Perspektiv inkişaf fondu, ümumi istifadədə olan torpaq sahələri, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar, özgəninkiləşdirilmiş və ya icarəyə verilmiş torpaq sahələri barədə məlumatları və torpağın növlərinə uyğun istifadə vəziyyətini özündə kəs etdirən cədvəl forması hazırlanaraq torpaqların elektron uçot sisteminə daxil edilməsi üçün müvafiq orqanlara təqdim olunmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün, təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyi, ekoloji şəraitin yaxşılaşdırılması, onun zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəffimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.

Bizim fəaliyyətimiz göz qabağındadır. Gördüyümüz işlər barədə vaxtaşırı seçicilərə məlumat çatdırılır. Onlar KİV-lər vasitəsi ilə Bələdiyyənin fəaliyyəti haqqında məlumat əldə edirlər. Bu da işimizdə şəffaflığın təmin olunmasına bir nümunədir.

Rasim Nəhmədov

ŞƏRHLƏR