"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2015-ci il bələdiyyəmiz üçün dönüş ili olub

--2016-01-28 / 13:10

Son illərdə Prezidentimizin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlar bələdiyyələrin inkişafına müsbət təsir göstərmişdir.

Ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından 16 ildən artıq bir vaxt keçir. Bu müddət ərzində bələdiyyələrin təşkili, statusu, nizamnaməsi, səlahiyyətləri, mülkiyyət, maliyyə əsasları və digər normativ- hüquqi sənədlər qəbul edilmiş, bələdiyyələrin fəaliyyətinin daim inkişaf etməsinə dövlət qayğısı gücləndirilmişdir.

Bakıxanov bələdiyyəsinin 2015-ci ildə gördüyü işlər barədə hesabatı təqdim etməzdən öncə  Yerli büdcənin icra vəziyyəti barədə məlumat vermək istərdim:

Bakıxanov bələdiyyəsi 2015-ci ildə Yerli büdcənin formalaşmasına xüsusi fikir vermişdir. Yerli büdcənin formalaşması əsasən  fərdi yaşayış, qeyri-yaşayış və coxmərtəbəli binalarda özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına həyata keçirilir.

Bildiyiniz kimi qəsəbəmiz şəhərtipli qəsəbədir. Əhalinin 80% coxmərtəbəli binalarda yaşayır və evlərin 95% özəlləşdirilmiş mənzillərdir.   

Bakıxanov bələdiyyəsi 2015-ci ildə vergilərin ödənişi ilə əlaqədar əhali arasında aparılan maarifləndirmə işlərini gücləndirmişdir.

Belə ki, qəsəbə daxilində vergi ödəyicilərinin dəqiq uçotunun aparılması və vergilərin bütövlükdə büdcəyə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinin  pasportlaşması  70 %   başa  çatmışdır.

2015-cildə  vətəndaşlara ödənişlərin vaxtında təmin olunması məqsədilə  bildirişlər göndərilmiş, hal-hazırda da bu istiqamətdə işlərimizi davam etdiririk.

Vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Görülən işlər öz müsbət nəticəsini vermişdir.

Belə  ki, yerli büdcə 2015-ci ildə   200  min manat nəzərdə tutulduğu halda, 338 min manat təşkil edib. Qeyd edim ki, bələdiyyəmiz ilk dəfədir ki bu uğura imza atıb.

2015-ci ildə Bakıxanov bələdiyyəsi tərəfindən  qəsəbənin hüdudları daxilində müxtəlif ünvanlarda o çümlədən, X.Xasməmmədov, B.Bünyatov, M.Fətəliyev, Ülvü Rəcəb, R.Qəmbərov küçələrində qismən abadlıq işləri aparılmış, S.Mehmandarov küçəsində aparılan geniş miqyaslı abadlıq işlərinə 85 min  manat olmaqla,  ümumilikdə 137 min  manat  vəsait xərclənilmişdir.

Eyni zamanda bələdiyyə tərəfindən qəsəbənin aztəminatlı ailələrinə  bayram sovqatları, müxtəlif təyinatlı aylıq və birdəfəlik yardımlar göstərilmişdir.

Ümumilikdə göstərilən yardımlara 5900.0 manat vəsait xərclənilmişdir.

2015-ci ildə Bakıxanov  bələdiyyəsinə  müraciət edən vətəndaşların sayı 110 nəfər, qəbula gələnlərin sayı 152 nəfər olub. Əksər müraciət edənlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, digər müraciətlər isə yardımların göstərilməsi, məhəllədaxili yolların təmiri  ilə əlaqədar olmuşdur.

 Qeyd etməliyəm ki,  il ərzində Bakıxanov bələdiyyəsinin işində müəyyən qədər dəyişikliklər edilmişdir.  Belə ki, Bakıxanov bələdiyyəsi    “E-Manat” ödəniş xidmətinə qoşulmuşdur.  Bundan əlavə əmək haqqlarının  2016-ci ilin yanvar ayından plastik kart  vasitəsilə ödənilməsi təmin edilmişdir.

 Bakıxanov bələdiyyəsi qəsəbənin hüdudları daxilində təmizlik işlərinin aparılması məqsədi ilə 18 nəfəri  dalandar  işinə qəbul etmişdir.

Qeyd etmək istərdim ki, bu günə kimi rayonumuzda rayon icra hakimiyyəti  tərəfindən aparılan  abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər böyük əhəmiyyət kəsb edir. İstər  Sabunçu rayonu, istərsə də qəsəbəmiz gün-gündən  abadlaşır,  yeni görkəm alır.  Biz bələdiyyə olaraq öz  növbəmizdə qəsəbənin iqtisadi-inkişafında, ictimai həyatında  yaxından iştirak etmiş və gələcəkdə də iştirak  edəcəyik.  

Bakıxanov bələdiyyəsinin qarşısında  bir cox mühüm işlər durur. 2016-cı ilin tədbirlər planına uyğun olaraq, Ş.Kamilov küçəsində qəbirstanlığa gedən yol, Ə.Kərim küçəsində  11 saylı Poliklinikaya gedən yola asfalt  örtüyünün salınması, Sülh küçəsində genişmiqyaslı  abadlıq  və  yaşıllaşma   işlərinin   aparılması,  əhaliyə   xidmətin səviyyəsini yüksəltmək, bələdiyyəyə müraciət edən qəsəbə sakinlərinin problemlərini həll etmək Bakıxanov bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə, bələdiyyənin nüfuzunun artmasına nail ola bilərik.

  Bakıxanov bələdiyyəsi qəsəbənin sosial-iqtisadi inkişafında, ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

 

Ramiz Nəsibov

Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin sədri  

  

 

ŞƏRHLƏR