"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"20 Yanvar gecəsinin Şəhidləri və Şahidləri"

--2023-01-21 / 13:34

Bakının al qana boyandığı 20 Yanvar gecəsində Şağan qəsəbəsindən Mikayılov Akif Yunus oğlu, Dadaşov Elşad Əlihəsən oğlu, Xanbudaqov Eldiyar Ağagūl oğlu, Qədimov Mərdan Əliməmməd oğlu həmin gūnūn canlı şahidləri sırasında olan sakinlərimizdən bir qismidir.

Hər il 20 Yanvar anım gūnū mūnasibəti ilə təşkil olunan tədbirlərdə bu gūnūn iştirakçıları ilə gōrūşlər keçirilir.

Şağan Bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən Sevinc Atayeva 20 Yanvar anım gūnū mūnasibəti ilə həmin gūnūn canlı şahidi kənd sakini Xanbudaqov Eldiyar Ağagūl oğlu ilə gōrūşūb.

Eldiyar Xanbudaqov həmin vaxtlarda içində alovlanan azadlıq duyğusundan, 70 il ərzində Sovet buxovundan qurtulmaq ūçūn canından, qanından keçən vətəndaşlarımızın şūcaətindən, qorxmadan, əlisilahsız tankların qarşısında sipər kimi məğrur dayanmasından qūrur hissi ilə danışdı və 20 Yanvarın tarixdə analoqu olmayan faciə olması ilə yanaşı qazandığımız azadlığın, mūstəqilliyin təməl daşının başlanğıcı olduğunu bildirdi.
Şağan Bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən Atayeva Sevinc həmin gūnūn canlı şahidi olan, xatirələrini bōlūşən Xanbudaqov Eldiyara Şağan Bələdiyyəsi adından maddi yardım gōstərdi və minnətdarlığını bildirdi.

Xəzər rayonu Şağan bələdiyyəsi 

ŞƏRHLƏR