"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

18 oktyabr "Müstəqilliyin bərpası günü"-nə həsr olunmuş dəyirmi masa keçirilib

--2021-10-18 / 15:25
18 oktyabr "Müstəqilliyin bərpası günü"-nə həsr olunmuş dəyirmi masa keçirilib.
 
Səbail bələdiyyəsində 18 oktyabr "Müstəqilliyin bərpası günü" ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbiri açıq elan edən Səbail bələdiyyəsinin Gənclər, gender, informasiya və layihələrlə iş şöbəsinin müdiri Taleh Mansurov çıxış edərək, 18 oktyabr Müstəqilliyin bərpası gününün tarixindən bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qazanılan zəfərdən sonra bütün Azərbaycanlıların artıq qalib ölkə vətəndaşları olaraq bu günü qeyd etdiyini vurğulayıb, 18 oktyabr tarixinin Müstəqilliyimizin bərpası günü adlandırılmasının tarixi əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən Səbail bələdiyyəsinin vergi və rüsumlar şöbəsinin baş mütəxəssisi, Vətən müharibəsi qazisi Hüseyn Qurbanov tarixi günün əhəmiyyətindən bəhs edərək, Müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsində vətən oğullarının şücaətindən, Müzəffər Ali Baş komandanın əmrində 44 günlük şanlı zəfər tarixindən və özünün müharibədə şahidi olduğu qəhramanlıqlardan bəhs edərək müstəqilliyimizin əbədi olacağına inamını bildirib.
Səbail bələdiyyəsi
ŞƏRHLƏR