"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

1438 bələdiyyə orqanı da Hökumət Ödəniş Portalına inteqrasiya olunub

--2021-03-17 / 15:21

2020-ci ildə Azərbaycanda Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), habelə xırda və daim təkrarlanan ödənişlərin aparılmasına imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən ödənişlərin ümumi dəyəri 223,4 milyard manat və ümumi daxili məhsulun (ÜDM) 3,1 misli qədər, ödənişlərin sayı isə 59,8 milyon ədəd olub.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qlobal elektron mühitlərdə artan kiber təhdidlərin qarşısının alınması məqsədilə ödəniş sistemləri sahəsində qabaqlayıcı tədbirlərin görülməsi ötən il də uğurla davam etdirilib, büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış Hökumət Ödəniş Portalının (HÖP) imkanları bir qədər də genişləndirilib. Hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 800-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər. Ötən il HÖP üzərindən həyata keçirilən əməliyyatların ümumi dəyəri 3,3 milyard manat təşkil edib və bu əməliyyatların 54%-i nağdsız formada aparılıb. Aparılan nağdsız əməliyyatların dəyəri 2019-cu il ilə müqayisədə 22% artıb.

https://report.az/maliyye-xeberleri/azerbaycanda-oten-il-milli-odenis-sisteminde-60-milyon-emeliyyat-aparilib/

ŞƏRHLƏR