"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

141 bələdiyyə 618 layihə icra edib

--2019-05-07 / 02:45

““Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2018-cı ildə 141 qəsəbə bələdiyyəsi tərəfindən 19 istiqamətdə, 618 layihə üzrə, 3 550 000 (üç milyon beş yüz əlli min) manatlıq müxtəlif xarakterli sosial layihələr icra olunmuşdur ki, bu da büdcə xərclərinin 48,1 faizini təşkil edir.”- bu fikirləri Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsuzladə bələdiyyəsinin sədri sədri Hümbət Hüseynov.

Həyata keçirilmiş layihələr sırasında 126 layihə üzrə 1.220.000 (bir milyon iki yüz iyirmi min) manat abadlıq və quruculuq işlərinin görülməsinə, 86 layihə üzrə 742 900 (yeddi yüz qırx iki min doqquz yüz) manat bələdiyyə yollarının saxlanmasına, 98 layihə üzrə 270.000 manat yaşıllaşdırma işlərinin yerinə yetirilməsinə, 78 layihə üzrə 782 400 manat məişət tullantılarının daşınmasına, 108 layihə üzrə 250 150 manat sosial yardımların verilməsinə, 17 layihə üzrə 19 000 manat yaşayış binalarının saxlanılmasına, 105layihə üzrə 265 550 manat digər layihələrin yerinə yetirilməsinə maliyyə vəsaiti sərf etmişlər.

Cari ildə isə 3 740 200 (üç milyon yeddi yüz qırx min iki yüz) manat dəyərində 647 layihənin icrası nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 190 200 manat və ya 4,7 faiz daha çox layihənin icrası deməkdir.

Belediyye.info

ŞƏRHLƏR