"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov yenidən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri seçilib

--2020-01-15 / 10:07

Bu gün 2019-cu ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə Bakı şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə seçilmiş 17 bələdiyyə üzvünün iştirakıyla ilk iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumat M.Ə.Rəsulzadə bələdiyyəsindən daxil olub. İclasda təşkilat məsələsinə baxılıb.

İclasda geniş müzakirələrdən sonra Hümbət Hüseynov bələdiyyənin sədri, Leyli Tahirova və Ayət Nağıyev bələdiyyə sədrinin müavinləri vəzifəsinə seçilib. Bununla yanaşı iclasda gənclərlə iş üzrə yeni müavin vəzifəsi təsis edilib və Orxan Babayev sədr müavini seçilib. Qeyd edək ki, O.Babayev ilk dəfədir ki, bələdiyyə üzvü seçilib.

Qeyd edək ki, bələdiyyənin 17 nəfərdən üzvündən 5-u yeni seçilmiş üzvlərdir.

Belediyye.info

ŞƏRHLƏR