"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Habil Həmidov yenidən Binə bələdiyyəsinə sədr seçilib

--2020-01-14 / 16:43

Bu gün 2019-cu ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə Bakı şəhər Xəzər rayonu Binə bələdiyyəsinə seçilmiş 17 bələdiyyə üzvünün iştirakıyla ilk iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumat Binə bələdiyyəsindən daxil olub. İclasda təşkilat məsələsinə baxılıb.

İclasda geniş müzakirələrdən sonra Habil Həmidov bələdiyyənin sədri, İsayev Cəfər Xanəhməd oğlu və Zahidov Elnur İzzət oğlu bələdiyyə sədrinin müavinləri vəzifəsinə seçilib.

İclasda Dairə Seçki Komissiyasının sədri İmran Qəmbərov və rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Hüseynov qonaq qismində iştirak ediblər.

Qeyd edək ki, bələdiyyənin 17 nəfərdən üzvündən 10-u yeni seçilmiş üzvlərdir.

Belediyye.info

ŞƏRHLƏR