"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüqar Quliyev yenidən Nizami bələdiyyəsinə sədr seçilib

--2020-01-14 / 16:08

Bu gün 2019-cu ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə Bakı şəhər Nizami Bələdiyyəsinə seçilmiş 19 bələdiyyə üzvünün ilk iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumat Nizami Bələdiyyəsindən daxil olub. İclasda yeni seçlmiş bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması ilə yanaşı, ilk iclasda təşkilat məsələsinə baxılmışdır.

İclasda geniş müzakirələrdən sonra Quliyev Vüqar Həsən oğlu Nizami bələdiyyəsinin sədri, Tarquliyev Vüqar Cəfər oğlu və Rəhimov Heydər Mikayıl oğlunun bələdiyyə sədrinin müavinləri vəzifəsinə seçilmişdir.

İclasda bələdiyyə əmlakının və sənədlərinin yeni tərkibdə seçilımiş bələdiyyə iclasına təhvil-təslim edilməsi üçün komissiya yaradılması qərara alınmışdır.

Belediyye.info

ŞƏRHLƏR