"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

*7774 - bələdiyyə taksi xidməti işə başlayır

--2018-02-20 / 19:28

“Bütün operatorlardan *7774 yığmaqla hər bir Bakı sakini taksi sifarişini verə biləcək. Digər taksi xidmətlərindən fərqli olaraq Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC   müştərilərinin qarşısına bir sıra yenilkilərlə çıxmaq niyyətindədir.  “Taksi xidməti” ilkin olaraq qəsəbədaxili uşaq tərbiyə müəsisələrinə və məktəblərə uşaqların müqavilə əsasında gediş gəlişini təşkil edəcək. Əlavə edim ki, uzunmüddətli müqavilə bağlayanlara güzəştlər tətbiq ediləcək.   Müəssisənin təqdimat mərasimində təklif olunan bütün  yeniliklər barəsində açıqlamalar veriləcəkdir.

İlk olaraq taksi sürücülərimiz minimum səviyyədə ingilis və rus dilini bilməli, şəhəri dəqiq tanımalı və təcrübəsi olmalıdır. MMC-nin rəhbəliyinə əsas tövsiyəmiz sürücülərin son iki ərzində DYP orqanlarıyla münasibətləri və qanunlara necə riayət etməsi məsələsinə diqqətli olsunlar.

Cərimə balı olan və çoxlu sayda qayda pozanlar işə cəlb edilməyəcəklər.”- Bu fikirləri Belediyye.infoya Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov bildirib.

O, qeyd edib ki, müəssisənin fəaliyyət göstərməsi üçün nəzərdə tutulan ofis binasında artıq sürücülərin seçimi üçün tələb olunan sorğu anketləri və digər sənədlər paketi hazırdır.

Hazırda taksi fəaliyyəti üçün zəruri hesab edilən dispetçer otağında ofis mebeli quraşdırılıb. Paralel olaraq xidmətin internet üzərindən göstərilməsi üçün xüsusi olaraq proqramda   son tamamlama işləri gedir.  İlkin olaraq test rejimində yoxlanıldıqdan sonra işə başlanılacaqdır.

Belediyye.info

ŞƏRHLƏR