“Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC -28 may tarixindən etibarən fəaliyyətə başlayır. İstifadəyə veriləcək müəssisə Cumhuriyyətimizin 100 illiyinə Bakıxanov bələdiyyəsinin bir töhvəsidir”- bu fikirləri Belediyye.infoya Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsbov deyib.
Sədrin sözlərinə görə, MMC-yə cəlb edilən sürücülərin qeydiyyatı artıq başa çatıb. Sürücülərin seçimində üstünlük təcrübəli, ünsiyyət bacarığı olan sürücülərə verilib.
Xidmətin fəaliyyət göstərəcəyi inzibati binada bütün işlər başa çatdırılıb. Bundan əlavə xidmətin proqram təminatı da təhvil verilib.
Sədrin sözlərinə görə, bütün operatorlardan *5777 yığmaqla hər bir Bakı sakini taksi sifarişini verə biləcək. Digər taksi xidmətlərindən fərqli olaraq Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC müştərilərinin qarşısına bir sıra yenilkilərlə çıxır.
“Taksi xidməti” həmçinin qəsəbədaxili uşaq-tərbiyə müəsisələrinə və məktəblərə uşaqların müqavilə əsasında gediş-gəlişini təşkil edib.
Bakıxanov Bələdiyyəsi Taksi xidməti artıq Azərbaycanın bütün bölgələrinə sərfəli qiymətlə sifariş qəbul edir. Əsgər yanına gedən valideynlər üçün Gorus zamanı gozleme pulsuzdur.
Sürücülərə gəlincə sədr bildirib ki, ilk olaraq taksi sürücülərimiz rus dilini bilməklə, şəhəri dəqiq tanıyır və ən azı beş illik təcrübələri vardır.
Xatırladaq ki, bu bələdiyyənin fəaliyyətə başalayan ikinci MMC-sidir. Bundan əvvəl Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir Tikinti və Xidmət MMC-si sakinlərə xidmət göstərir.
Sədrin sözlərinə görə, bu günlərdə bu müəssisə də daha bir xidməti- turizm və sanatoriya-kurort xitmətlərin təşkilinə başlayır. Bununla bağlı müvafiq turizm şirkətləriylə danışıqlar yekunlaşıb.
Xatırladaq ki, Bakıxanov bələdiyyəsinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib.
Belediyye.info