"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin sədri ziyarət edilib

--2022-09-23 / 13:02

Nərimanov RİH başçısı Elgin Həbibullayevin təşəbbüsü və iştirakıyla Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin sədri Fatma Səttarovanı ziyarət edilib.

Görüşdə Azərbaycan Şəhər Bəldiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov iştirak edib.

Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik olan Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət və qayğı göstərildiyini razılıq hissilə qeyd edilib. Görüşdə həmçinin bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.

Öz növbələrində şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR