"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Saray bələdiyyəsindən daha bir humanist addım

--2019-08-13 / 07:52

Abşeron rayon Saray bələdiyyəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətiylə ərazidəki şəhid və aztəminatlı ailələrə bayram payı verilib.

Bələdiyyə sədri Natiq Tahirov, Saray qəsəbə bələdiyyəsinin üzvləri Teyyubə Hüseynova və Təranə İsmayılova milli-mənəvi dəyərlərimizə sadiq qalaraq Qurban bayramında ehtiyacı olan ailələri ziyarət edərək söhbət aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmiş və bayram sovqatı verilmişdir.

Belediyye.info açıqlamasında bələdiyyə üzvü Təranə İsmayılovanın bildirib ki, bələdiyyə iclasının qərarıyla həyata keçirlən bu aksiya mütəmadi olaraq hər il keçirilir, bu ildə keçirilən aksiyada 340 nəfər ailəyə bayram payı verilmişdir.

Belediyye.info

 

 

ŞƏRHLƏR