"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Gəncə Regional Ədliyyə İdarəsi Goranboy bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirib

--2019-10-15 / 20:07

Gəncə Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə Goranboy rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilib.

Seminarda Gəncə Regional Ədlyyə İdarəsinin baş məsləhətçisi tərəfindən " Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi vəziyyətinin öyrənilməsi” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər" və “Bələdiyyə qulluğunda şəffaflığın təmin edilməsi", "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilib. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılıb.

Belediyye.info

ŞƏRHLƏR